Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 16:32

Britaniya "Brekzit"ə görə 100 milyard avro ödəmək fikrində deyil


David Davis

Böyük Britaniya Avropa Birliyindən çıxma prosesinə görə 100 milyard avro ödəmək fikrində deyil.

RİA Novostinin məlumatına görə, bunu “Brekzit” üzrə nazir David Davis bəyan edib.

Avropa Komisiyasının sədri Jean-Claude Juncker bundan əvvəl bildirib ki, Brüssel danışıqlara başladıqdan sonra Londona təxminən 60 milyard avroluq hesab göndərmək istəyir.

Öz növbəsində Avropa Parlamentinin sədri Antonio Tajani hesab edir ki, Böyük Britaniya köhnə öhtəliyə görə, Avropa büdcəsində nəzərdə tutulduğu kimi, Avropa Birliyinə 10 milyardlarla üzvlükhaqqı ödəməlidir, o cümlədən də “Brekzit”dən sonra.

“Financial Times” qəzetinin yazdığına görə, Brüssel maliyyə tələbini artırıb və indi “Brekzit”ə görə 100 milyard avro tələb edir.

Amma David Davis Britaniyanın ITV kanalına deyib ki, London 100 milyard avro ödəmək fikrində deyil və bütün hüquq və öhtəlikləri detallarınadək müzakirə etmək lazımdır.

Böyük Britaniyanın baş naziri Theresa May bundan əvvəl “Brekzit” danışıqlarında vətəndaşlarının bütün hüquqlarını qəti şəkildə müdafiə edəcəyini vəd edib və qeyd edib ki, “danışıqlar kəskin olacaq”.

Qeyd edək ki, Böyük Britaniya sakinləri 2016-cı il iyunun 23-də keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG