Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:04

Krımda AzadlıqRadiosu əməkdaşının məhkəməsi davam edir


Mykola Semena

Mayın 3-də Krımın paytaxtı Simferopolda AzadlıqRadiosu müxbirinin məhkəməsi davam edəcək. Hazırda Rusiyanın nəzarətində olan yarımadada Mykola Semena-ya separatçılıq ittihamı irəli sürülüb, amma jurnalist siyasi motivlərlə saxlandığını bildirir.

Rusiya onu təqsirli bilsə, Semena 5 ilədək həbs cızası ala bilər. Rusiya Ukraynadan ilhaq etdiyi bu ərazidə Moskvanın addımını tənqid edənləri həbsə atdırır.

66 yaşlı Semena-ya ittiham onun Krym.Realii (Krım reallıqları) saytında 2015-ci ildə yazdığı bir məqaləylə bağlıdır. Krımda Kremlin təyin etdiyi hakimiyyət məqalənin Rusiyanın ərazi bütövlüyünə qarşı olduğunu deyir.

Semena isə günahsız olduğunu, fikrini açıq demək hüququndan istifadə etdiyini bildirir.

ABŞ, Avropa Birliyi, ATƏT jurnalistin mühakimə olunmasından narahatlıq dilə gətiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG