Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 02:38

Merkel Ukrayna ilə bağlı razılaşmaya zərurət görmür


Vladimir Putin və Angela Merkel

Almaniya kansleri Abgela Merkel Ukrayna ilə bağlı ikinci bir razılaşmaya ehtiyac görmür və hesab edir ki, artıq bunadək olan Minsk sazişi yerinə yetirilməlidir.

AzadlıqRadiosu Rusiya xidmətinin "İnterfaks" agentliyinə istinadla verdiyi məlumata görə, Merkel bunu mayın 2-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra mətbuat konfransında deyib.

O, hesab edir ki, Ukraynanın separatçı bölgəsi Donbasda hərtərəfli yerli seçkilər keçirilməlidir.

Kansler bildirib ki, Ukraynanın özünün dövlət sərhədlərinə çıxışı olmalıdır və bu Minsk razılaşmasının tərkib hissəsidir.

Merkel həmçinin Çeçenistanda seksual azlıqların vəziyyətindən, onların təqib olunmasından narahatlıq bildirib.

Liderlər Soçi görüşündə Ukraynanın şərqindəki vəziyyəti, Suriya böhranını, terrorçuluqla mübarizə və böyük 20-lər ölkələrinin Hamburda keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG