Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 02:26

Çexiya hökumətinin istefa ərizəsi verəcəyi gözlənir


Bohuslav Sobotka

Çexiyanın baş naziri Bohuslav Sobotka mayın 2-də keçirdiyi mətbuat konfransında həftə içində prezident Milosh Zemana istefa ərizəsi verəcəyini deyib.

RİA Novosti-nin məlumatına görə, o bunun səbəbini baş nazirin birinci müavini və maliyyə naziri Andrey Babishlə yaranan fikir ayrılıqları ilə izah edib.

“Mən baş nazir kimi, naziri maliyyə fırıldaqçılığında şübhəli bilinən bu cür hökumətə görə cavabdehlik daşıya bilmərəm. Buna görə kabinetin istefa verməsi barədə qərar qəbul etmişəm. Prezidentə müvafiq istefa ərizəsi verəcəm və bunu həftə içində etmək fikrindəyəm”, baş nazir bildirib.

Bəzi məlumatlara görə, baş nazirin vergidən yayınmaqda ittiham elədiyi maliyyə naziri Andrei Babish-in oktyabrda keçiriləcək parlament seçkisində qalib gəlmək şansı var.

Amma Sobotka bu cür iddiaları rədd edir.

Babish mərkəzçi “Ano” partiyasının rəhbəridir və hazırda 200 nəfərlik parlamentdə 47-mandatı var.

Babish “Agrofert” holdinqinin rəhbəridir və Çexiyada ən böyük ikinci biznesmen hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG