Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 04:54

İslam Əməkdaşlıq təşkilatının baş katibi Bakıya gəlir


İslam Əməkdaşlıq təşkilatı, 14 Aprel, 2016

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Ahmed Əl-Otaimen Azərbaycana gəlir.

Xəbəri Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Buna da bax:​ Azərbaycan Myanmada müsəlmanların öldürülməsini pisləyir

Nazirlik səfərin mayın 3-dən 5-ə kimi davam edəcəyini bildirir.

Səfər çərçivəsində Yusif bin Ahmed Əl-Otaimen xarici işlər naziri Elmar Məmmədyarov və daha bir neçə rəsmi şəxslə görüşməlidir.

XİN-dəki görüşdən sonra tərəflər mətbuat konfransı keçirməlidirlər.

Buna da bax: İslam Əməkdaşlıq Təşkilatı Gülən hərəkatını "terrorçu" adlandırdı

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG