Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 09:56

Milli Məclis spirtli içkilərin reklamı ilə bağlı qanunvericiliyə dəyişikliklər etməyə hazırlaşır. Parlamentin aqrar siyasət komitəsi mayın 2-də “Şərabçılıq haqqında” qanuna düzəlişlərlə bağlı qanun layihəsini müzakirə edib.

Düzəlişlər şərab məmulatlarının reklamının məhdudlaşdırılmasını nəzərdə tutur.

Buna da bax:​ Siqaret və spirtli içkilərin gizli reklamına qarşı necə mübarizə aparmaq olar?

Əsasən alkoqol dərəcəsi beş faizdən çox olan spirtli içkilərin reklamı çap nəşrləri və internet saytlarının ilk səhifələrində yer almayacaq. Üstəlik, televiziyalarda da belə reklamın məhdudlaşdırılması nəzərdə tutulur.

Yeniyetmələrdən ötrü nəzərdə tutulan nəşrlərdə isə istənilən alkoqol dərəcəsində olan içkilərin reklamı qadağan ediləcək.

Alkoqol dərəcəsi beş faizdən çox olan şərabların reklamına yol veriləcək. Ancaq belə reklamlar onun zərərli olması barədə məlumatla birgə yayılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG