Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:30

Eldəniz Quliyev prokurorluqda dindirilib (VİDEO)


Eldəniz Quliyev

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinodramaturq Eldəniz Quliyev bu gün, mayın 1-i Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.

E.Quliyev prokurorluqdan çıxdıqdan sonra jurnalistlərə deyib ki, onu da, təxmin etdiyi kimi, bəzi mühacirlərə saxta sənəd verilməsi ilə bağlı açılmış cinayət işi ilə bağlı çağırıblar.

«Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) müəyyən məbləğ əvəzində saxta mühacir sənədi satması ilə bağlı iddialar ağ yalandır. Belə ağ yalanlar AXCP-yə yapışmaz. Mən belə başa düşdüm ki, bu idarə AXCP-yə, üzr istəyirəm ifadəmə görə, «torba tikmək»lə məşğuldur».

E.Quliyev deyib ki, o, AXCP üzvü olmasa da, bu məsələdə bəzilərinin onun da adını hallandırması istintaqa çağırılmasına səbəb olub: «Ancaq düşünürəm ki, məni çağırmaqlarına peşman oldular. Çünki AXCP-yə qarşı iddiaların yalan olduğunu açıq şəkildə ifadə etdim».

Ötən həftə eyni məsələ ilə bağlı AXCP sədri Əli Kərimli və bu partiyanın bir neçə funksioneri də istintaq çağırılmışdı. Ə.Kərimli demişdi ki, onlar, əslində, bu məsələdə zərərçəkən tərəf olmalıdırlar. Çünki bundan istifadə edilib AXCP-yə qarşı qara piar aparılır. Ə.Kərimli vurğulamışdı ki, onlar heç kimə saxta sənəd verməyiblər. Belə məsələ ilə bağlı onların istintaqa dəvət edilməsi hakimiyyətin qisasçılıq siyasətindən xəbər verir. Hakimiyyət 8 aprel mitinqinə görə onlardan qisas alır.

AXCP-nin daxil olduğu Milli Şura bu il aprelin 8-i Bakıda icazəli aksiya keçirib. Orada deyilib ki, ölkədə korrupsiyanın başında İlham Əliyev durur.

Eldəniz Quliyev prokurorluqda dindirilib
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG