Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:01

Astara-Şirvan yolunda gördüklərim və eşitdiklərim


Astara-Shurvan yolu
Astara-Shurvan yolu

Astardan Şirvan şəhərinə getmək istəsən, gərək 5 rayonun ərazisindən keçəsən.

Bakı-Astara yolu hər il təmir edilərdi, dağılmış yerlərə yamaq vurulardı. İndi, yoldan görünür ki, bu il təmir işləri aparılmayıb. Yolun Masallı və Cəlilabad hissəsi daha çox yarsız hala düşüb…

Regional apellyasiya və iqtisad məhkəmələri də Şirvan şəhərində yerləşir. Bu məhkəmələr cənub bölgəsinin bütün rayonlarını əhatə edir. Astardan Şirvana düz 235 kilometrdir.

Cənubdan Şirvana iki yol var. Birinci yol Kür çayının üstündəki körpünü keçəndən sonra Astara-Bakı yolunun sağ tərəfindən keçir. Yolun yaxınlığında bir neçə köhnə “Jiquli” markalı maşın müştəri gözləyir. Sürücülər yolun yararsız hala düşməsindən gileylənirlər:

“Qardaşım, buna yol demək olmaz”

“Yolda elə çalalar var ki, onu keçmək üçün dövrə vurursan Qardaşım, buna yol demək olmaz. Dəfələrlə müraciət olunub ki, yol təmir olunsun. Kimdir qulaq asan? Adamların çoxu 30 kilometr o tərəfdə olan Kürsənki yolu ilə gedirlər. Maşın dövrə vurub 40 kilometr əlavə yol qət edir. ”

Yolun yaxınlığında qoyun otaran çoban isə, otlaq yerlərinin şumlanmasından şikayətlənir:

“Qoyunları hara aparırsan qovurlar,...”

“ Pambıq əkirlər. Məcburuq ki, qoyunları belə yerlərdə otaraq. Örüş yerləri var idi, işimiz pis getmirdi. İndi çətindir. Qoyunları hara aparırsan qovurlar, deyirlər ki, pambıq əkəcəyik. Qazanc çox cüzidir. Ən pisi odur ki, bizə qulaq asan yoxdur. Kəndin qoyunlarıdır. Növbə ilə otarırıq.”

Gənc bir oğlan yol kənarında pomidor satırdı. O deyir ki, pomidoru poletilen örtük altında özü yetişdirib :

“Bizdə məhsul bazardakından ucuzdur. Neçə illərdir ki, burda kənd təsərrüfatı məhsulu satıram. Bu il məhsul alan azdır. Pomidoru əsasən Bakı istiqamətinə gedənlər alır, 2-3 kilodan artıq, almırlar. Bu il məhsul çoxdur.”

Neftçi: “Adımı çəkmə. Çəksən məni də işdən qovarlar.”

Yolun sağ və sol tərəflərində neft quyuları uzanır. Yolun kənarında duran neftçinin sözlərinə görə, burda çıxarılan “qara qızıl” keyfiyyətli hesab olunur:

“ Ancaq nə keyfiyyət, nə də kəmiyyət aldığımız maaşa təsir edir. Aldığımız əmək haqqı zəhmətimizə dəymir. Əvvəllər yaxşı pul alırdıq. İndi yox. İşçilərin çoxunu saldılar ixtisara. Adımı çəkmə. Çəksən məni də işdən qovarlar.”

Astara-Shirvan yolunda neft quyuları
Astara-Shirvan yolunda neft quyuları

Yol polisləri

Kürsənki kəndindən sonra Varlı kənd gəlir. Varlı kəndin hasarları qamışdandır. Kəndə köhnə evlər çoxdur. Yaşlı bir sakinin sözlərinə görə, qazancları istixanalarda yetişdirilən tərəvəz məhsullarından çıxır.

Astardan Şirvana kimi gedən yollarda Dövlət Avtomobil Müfəttişliyinin iki postu var. Postda istənilən maşını saxlayıb sənədləri yoxlayırlar. Astaradan Şirvana kimi düz 11 yerdə yol polisi ilə qarşılaşdıq.

Şirvanda

Şirvan Apellyasiya məhkəməsinin binası şəhər kənarında yerləşir. Məhkəmə binasının önündə bahalı minik maşınlar dayanmışdı. Yerli sakinlər deyir ki, həmin minik maşınları məhkəmədə işləyənlərindir.

Adının çəkilməsini istəməyən bir vəkilin dediyinə görə, Astardan Şirvana Apelyasiya Məhkəməyə gələnlər minik maşını sifariş verməli olurlar, gün ərzində 200 manata yaxın pul xərcləyirlər. Yollar da yaxşı deyil...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG