Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 10:07

Təhsil Nazirliyi "Maarifçi" Tələbə Kredit Fondu xətti ilə kredit alan tələbələrin sayını açıqlayıb.

Nazirlik bildirir ki, ilk mərhələdə kreditlər fondun meyarlarına cavab verən 22 nəfərə təqdim edilib və onlarla müqavilə imzalanıb.

İkinci elan sessiyasında isə 12 universitetdən 121 tələbəkredit almaqdan ötrü müraciət edib və onlardan 80-ni ilə krediti müqaviləsi imzalanıb.

“Maarifçi" Tələbə Kredit Fondunu Azərbaycan Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələri təsis edib. 2015-ci il oktyabrın 10-daqurum qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınıb.
Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə dəstək durmaqdır.
Kredit maksimum 5 il müddətinə, 6-8 faizlərlə verilir. Fondun təmsilçiləri bundan əvvəl bildirmişdilər ki, ilkin etapda təqribən 300 tələbəyə kredit verməyi düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG