Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:57

Afrika ilə aqrar əlaqələr genişləndirilir


Heydər Əsədov

Bu gün, aprelin 27-də Antalya şəhərində «Türkiyə-Afrika 1-ci kənd təsərrüfatı nazirlərinin iclası və Biznes Forum» keçirilir.

Tədbirdə Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədov da iştirak edir.

Bu haqda nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, H.Əsədov tədbirə Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik-in dəvəti ilə gedib.

Tədbirdə Azərbaycan, Türkiyə və Afrika ölkələri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdırılması məqsədilə fikir mübadiləsi aparılmalıdır.

Aprelin 28-dək davam edəcək iclas çərçivəsində biznes forum da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG