Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 16:15

Mingəçevirdə müsavatçılar polisdə sorğu-sual edilib


Bakıda Müsavatın mitinqi

Bu gün, aprelin 27-də Müsavat Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmli polisə çağırılıb. Ondan başqa, partiya fəalı İbrahim Salamov da polisə dəvət edilib.

Bu haqda Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda son zamanlar Mingəçevir şəhərində Müsavat Partiyası üzvlərinə təzyiqlərin artdığı bildirilir.

«Nurəddin Rüstəmli bundan əvvəl də bir neçə dəfə polis idarəsinə çağırılaraq sorğu-sual edilib. Aprelin 27-də partiya fəalı İbrahim Salamovu da Mingəçevir şəhər Polis İdarəsinin rəis müavini Allahverdi Siraclı siyasi fəaliyyəti ilə bağlı sorğu-sual edib. O, sərbəst buraxılıb. Ancaq ondan aprelin 29-da yenidən polisə gəlməsi tələb olunub», - partiyanın məlumatında yazılır.

Müsavat Partiyası üzvlərinin polisə çağırılması ilə bağlı ayrıca bəyanat da yayıb. Baş verənləri pisləyib.

Ancaq bu məsələyə, hələlik, Mingəçevir şəhər Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG