Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 02:13

Rusiya din azadlığını ən çox pozan ölkələrdəndir


Krımda məscid

ABŞ hökumətinin dini azadlıqlar üzrə komissiyası Rusiyanın bu sahədə «xüsusi narahatlıq doğuran ölkə» (CPC) qrupuna salınmasını tövsiyə edir.

ABŞ Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCIRF) aprelin 26-da açıqladığı illik hesabatında ilk dəfə olaraq tövsiyə edir ki, Rusiya CPC qrupuna salınsın. Daha 15 ölkənin də həmin qrupa salınması tövsiyə olunur.

Hesabatda vurğulanır ki, Rusiya ötən il nəinki dini azadlığa repressiyanı gücləndirib, eyni zamanda, qonşu ölkənin ərazisində repressiv siyasətini genişləndirib. Komissiya Moskvanın 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etməsini nəzərdə tutur.

Qurum bu ay Rusiyada «Yehova Şahidləri» dini icmasının yasaqlandığını da vurğulayır.

USCIRF Pakistanın da CPC ölkəsi sayılmasını tövsiyə edib. Bu tövsiyə ötən il də irəli sürülmüşdü, amma ovaxtkı dövlət katibi John Kerry bunu rədd eləmişdi.

Hazırda Birləşmiş Ştatlar 10 ölkədə din azadlığının ən çox pozulduğunu deyir. Həmin ölkələr Birma (Myanma), Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

Azərbaycan isə 2013-cü ildən bəri «ikinci dərəcəli ölkələr» (Tier 2) qrupunda yer alır. Bu qrupda Azərbaycanla yanaşı, Əfqanıstan, Bəhreyn, Kuba, Misir, Hindistan, İndoneziya, İraq, Qazaxıstan, Laos, Malayziya və Türkiyə də var. Bu ölkələrdə din azadlığının ciddi pozulduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG