Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 02:27

Yoxsulluq səviyyəsi 1 faiz artdı


Dövlət Statistika Komitəsi

Ölkədə ev təsərrüfatlarının büdcəsinin ölçməsini tamamlayan Dövlət Statistika Komitəsi 2016-cı il üzrə yoxsulluq səviyyəsini təyin edib. Uzun illərdən bəri ilbəil azalaraq 4,9 faizə (2015-ci il) düşmüş yoxsulluq səviyyəsi yüksələrək, təqribən 2012-ci il ildəki göstəriciyə çatıb.

Komitədən AzadlıqRadiosu-nun sorğusuna cavab olaraq deyiblər ki, 2016-cı ildə 10 min 200 ev təsərrüfatında gəlir və xərclərin müayinəsi üzrə sorğular aparılıb. Ümumiləşdirilmiş hesablamalara görə, əhalinin 5,9 faizi yoxsulluq həddindən aşağı yaşayır. Bu, bir il əvvəlkindən 1 faiz çoxdur.

Buna da bax:​ Səlim Müslümov iş yerləri və yoxsulluq haqda son rəqəmləri açıqladı

Yoxsulluq həddi heç inflyasiyaya da uyğun olmayıb

Yoxsulluq həddi olaraq DSK adambaşına düşən aylıq gəlirləri 148 manat 50 qəpik götürüb (2016-cı ildə dolların orta günlük məzənnəsi ilə 93,40 dollar). Bu, yaşayış minimumu həddində istehlaka təminat verən gəlirdir. Bu məbləğdən aşağı aylıq qazancı olan şəxs yoxsul sayılır.

Maraqlıdır ki, DSK-nın 2016-cı il üzrə müəyyənləşdirdiyi yoxsulluq həddi qanunla təsdiqlənmiş yaşayış minimumunun (ölkə üzrə 136 manat) orta illik inflyasiyaya (12,4 faiz) indeksasiyası qədər də deyil. Yoxsulluq həddi yaşayış minimumundan 9,2 faiz çox hesablanıb. Riyazi hesablama göstərir ki, inflyasiya tam nəzərə alınsaydı, yoxsulluq həddi 152 manat 86 qəpik olmalıydı.

Buna da bax: '250 min ailənin ünvanlı sosial yardıma ehtiyacı var'

Dövlətdən yardım alanların sayı rəsmi yoxsullardan çoxdur?

Digər diqqətçəkən məqam isə odur ki, bu ilin əvvəlinə dövlətdən ünvanlı sosial yardım alan şəxslərin sayı ölkə əhalisinin 6,98 faizinə bərabər idi. Bu yardım isə o ailələrə təyin olunur ki, onların aylıq gəlirləri yaşayış minimumundan da az olan ehtiyac meyarından aşağıdır. 2016-cı ildə bu meyar 105 manat olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu ilin əvvəlinə 163 min 300 ailənin 684,3 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alırdı. Ötən il yardım alan (bir ailəyə orta hesabla 150 manata 68 qəpik) yoxsulların sayı 225 min 400 nəfər artırmışdı. Onların adlı siyahısını nazirlik bir neçə ildir ki, ictimaiyyətə təqdim edir.

Buna da bax:​ Yoxsulluğun aradan qalxması 2025-ci ilə qalıb?

Bir ildə ünvanlı sosial yardımın ödənilməsinə büdcədən 237 milyon manat ayrılıb. Təkcə dekabrda aztəminatlı ailələrə 19,7 milyon manat – 2016-cı ilin yanvarıyla müqayisədə 3,6 milyon manat (22,4 faiz) çox ünvanlı sosial yardım ödənilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG