Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 02:44

Rusiyalıların təxminən yarısı Medvedevin getməsini istəyir


Dmitry Medvedev

Rusiyalıların təxminən yarısı baş nazir Dimitry Medvedevin istefasını istəyir.

"Levada-Sentr" analitik mərkəzinin keçirdiyi rəy sorğusuna görə respondentlərin 18 faizi birmənalı şəkildə, 27 faizi isə demək olar ki, baş nazirin istefasının tərəfdarıdır.

Bu barədə aprelin 26-da ​“Kommensart” qəzeti məlumat verib.

Mənbənin yazdığına görə, 2017-ci il də Medvedevin baş nazir kimi reytinqi azalıb.

2016-cı ilin mayında respondentlərin 14 faizi ona tam etibar etdiyi halda, 2017-ci ildə bu göstərici 3 faizə düşüb.

Medvedevə əsasən etibar edənlər il ərzində 39 faizdən 30 faizə düşüb.

Əsasən etibar etməyənlər isə 30- fiazdən 33 faizə, tamamilə etibar etməyənlərin sayı isə 14 faizdən 19 faizə qalxıb.

“Leveda Sentr”-in aprelin əvvəllərində keçirdiyi rəy sorğusu baş nazirin işini bəyənənlərin ay ərzində 10 faiz azaldığını göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG