Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 14:34

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya gedəcək.

Xəbəri QMİ yayıb.

Səfərdə məqsəd aprelin 27-si Helsinkidə keçiriləcək “Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransda iştirak etməkdir.

Buna da bax:​ Şeyxin səlahiyyətləri artırılır

Konfrans Azərbaycanın Finlandiyadakı səfirliyi və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçirilməlidir.

Səfər çərçivəsində QMİ sədrinin Finlandiyanın bir sıra rəsmiləri ilə görüşü nəzərdə tutulur.

A.Paşazadənin səfər müddətində Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşü gözlənilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG