Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:27

Elmar Məmmədyarov Litva seymində görüşlər keçirib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın xarici işlər naziri Linas Linkeviçius ilə görüşüb. 24april2017

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün, aprelin 24-ü Litvaya rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin (seym) sədr müavini Gediminas Kirkilas, parlamentin komitə sədri Yuozas Bernatonis və Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri Valeriyus Simulik ilə görüşüb.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyin (XİN) mətbuat xidməti xəbər verir.

Buna da bax:​ AB ilə dialoq Azərbaycanın prioritetləri sırasındadır

Görüşlərdə Azərbaycan və Litva arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Görüş iştirakçıları iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsindən ötrü birgə səylərin artırılmasının vacibliyini bildiriblər.

E. Məmmədyarov Avropa Birliyi ilə əlaqələr və hazırda bu qurum ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş layihəsi üzərində aparılan danışıqlar barədə həmsöhbətlərə məlumat verib.

Buna da bax: Elmar Məmmədyarov: 'ABŞ çətin tərəfdaşdır, tənqid edir'

Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinə də diqqət ayrılıb.

Elmar Məmmədyarov aprelin 24-ü Litvaya səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG