Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:03

Kobzon rus televiziyalarında vətənpərvər musiqiləri məcburi etməyi çağırır


Iosif Kobzon Ukraynanın Donbass vilayətinə səfəri ilə bağlı mətbuat konfransında.
Iosif Kobzon Ukraynanın Donbass vilayətinə səfəri ilə bağlı mətbuat konfransında.

Rus estrada müğənnisi Joseph Kobzon rus televiziyaları və radiolarını vətənpərvərlik mövzusunda musiqi verilişlərini yayımlanmağa vadar etmək gərəkdiyini bildirib. Bu haqda o Rusiyanın "TASS" xəbər agentliyinə müsahibəsidnə deyib.

Müğənninin sözlərinə görə bunun üçün dövlətin pul ayırması bəs edər.

Buna da bax: Kobzon:"ABŞ-la əlaqələr dayandırılmalıdır"

"Regionlarımızda bədii özfəaliyyət kollektivləri var və daim yeniləri yaranır. Ancaq onlara imkan yaratmaq üçün siyasi qərar lazımdır, kanalları maliyyələşdirmək və keyfiyyətli məhsul vermələrini tələb etmək lazımdır", - deyə Kobzon bildirib.

O bu cür sistemin Fransada da olduğunu qeyd edib, onun sözlərinə görə Fransa televiziyası və radiosunun minimum 80 faiz proqramlarında vətənpərvərlik mövzusunun əks olunması qanunla tələb olunur.

"Bizə də belə qanun lazımdır, çünki televiziyalarda dinləməyə bir şey yoxdur" - deyə müğənni bildirib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya" partiyasından olan deputatı Oleg Nilov "Eurovision" (Avroviziya) musiqi yarışmasının rus analoqu "Dobrovidenie"ni yaratmağı təklif etmişdi. Bu layihənin yaradıcılarından və ideya müəlliflərindən biri isə Dövlət Dumasının digər deputatı Joseph Kobzondur.

Buna da bax: Rusiyanın 'Eurovision'da iştirakı sual altındadır

Bundan öncə "Eurovision-2017" yarışmasında Rusiyanı təmsil edəcək Julia Samojlova Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ölkəyə buraxılmayanda, Kobzon beynəlxalq müsabiqəni boykot etməyə çağırmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG