Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:09

"Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirovun 2014-cü ilin aprelində həbs olunması ilə əlaqədar şikayət üzrə Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında kommunikasiya mərhələsi başa çatıb.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Fuad Ağayev məlumat verib.

Söhbət Mirqədirov haqqında dövlətə xəyanət ittihamı ilə çıxarılmış hökmlə bağlı şikayətdən yox, onun barəsində həbs qərarından gedir. Strasburqa göndərilmiş ərizədə Mirqədirov haqqında həbs qərarı Avropa Konvensiyasının 5-ci maddəsi ilə təminat verilən azadlıq hüququnun pozuntusu kimi dəyərləndirilib. Avropa Məhkəməsindən də bu pozuntunun tanınması xahiş olunub.

Buna da bax:​ Rauf Mirqədirov İsveçrədə siyasi mühacir statusu alıb

Mirqədirov Avropa Məhkəməsinə Azərbaycanla yanaşı, Türkiyədən də şikayət edib. Jurnalist hesab edir ki, heç bir qanuni əsas olmadığı halda, onu deportasiya edib, Azərbaycanın xüsusi xidmət orqanlarına təhvil verməklə Türkiyə də onun azadlıq hüququnu pozub.

Son bir neçə ildə "Zerkalo"nun Türkiyədəki əməkdaşı kimi akkreditasiyadan keçib, fəaliyyət göstərən Rauf Mirqədirov 2014-cü ilin aprelində bu ölkədə saxlanılıb və ardından deportasiya olunub. Bakıya qaytarılarkən Azərbaycanın xüsusi xidmət orqanları onu elə təyyarədə həbs edib.

Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlanan jurnalistə CM-nin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Buna da bax: Rauf Mirqədirov: 'Bunun Mehriban Əliyeva üçün mənfi tərəfi də var'

Mirqədirov 2015-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. 2016-cı ilin martında isə Bakı Apellyasiya Məhkəməsi CM-nin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib və jurnalist şərti cəza ilə azadlığa buraxılıb.

Rauf Mirqədirov özünü təqsirli bilməyib. Məhkəmədə də bildirib ki, ittiham tam saxtadır.

Mirqədirov hazırda İsveçrədə mühacirətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG