"Zerkalo" qəzetinin icmalçısı və siyasi analitik Rauf Mirqədirov İsveçrədə siyasi mühacir statusu alıb.
Bu barədə R. Mirqədirov özü bildirib.
Jurnalist Azərbaycanda Ermənistanın xeyrinə casusluq ittihamı ilə həbs olunmuşdu.
Buna da bax: Rauf Mirqədirov: 'Bunun Mehriban Əliyeva üçün mənfi tərəfi də var'
O, 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunmuşdu. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan jurnalist 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi.
Rauf Mirqədirov özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.
Buna da bax: "Gərək narkobaron olasan ki, səndə bu qədər heroin tapılsın"
Ötən il martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovun 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz etmişdi. Bununla da O, azadlığa çıxmışdı. Daha sonra jurnalist ölkəni tərk etmişdi.