Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:08

'Yehova Şahidləri' icmasının nümayəndələri Bakıya gəlib


Dini illüstrasiya

“Yehova Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Miriano Makias Azərbaycana gəliblər.

Onlar dünən, aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də olubları. Həmin görüş zamanı onlara ölkədə dini icmaların azad fəaliyyətindən ötrü zəruri şəraitin yaradılması barədə məlumat verilib.

Bu haqda Komitənin məlumatında bildirilir.

Buna da bax:​ 'Yehova şahidləri'nin üzvündən Avropa Məhkəməsinə şikayət

Eyni zamanda bəzi Avropa ölkələrində islamofobiya, irqi və dini ayrı-seçkiliyin artması haqda məlumatlardan narahatlıq ifadə edilib .

“Yehova Şahidləri” icması Azərbaycanda 90-cı illərin ortalarında fəaliyyətə başlayıb.

Ancaq hazırda icmanın dövlət qeydiyyatı yoxdur. İcmanın üzvlərinin təqiblərə məruz qaldığı bildirilir. Polis vaxtaşırı reydlər keçirir, icma üzvlərinin toplantısında iştirak edənləri saxlayır, onların ədəbiyyatını götürür. Bir qayda olaraq, onların barəsində inzibati cərimələr tətbiq olunur.

Buna da bax:​ Konstitusiya dini azadlıq verir, qanunlar isə geri alır

İnzibati həbslər və cinayət məsuliyyətinə cəlb edilmə halları da olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG