Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 12:58

'Yehova şahidləri'nin üzvündən Avropa Məhkəməsinə şikayət


Gəncədə 'Yehova şahidləri' icması. 17Jun2011

“Yehova şahidləri” dini icmasının üzvü Kamran Mirzəyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) Azərbaycan hökumətindən şikayət edib. Avropa İnsan Hüquqları Məhkəməsi, artıq şikayət üzrə hökumətlə kommunikasiyaya başlayıb.

Bu haqda məhkəmənin saytı xəbər verir.

Dini icma üzvünün şikayəti onun Azərbaycanda hərbi xidmətə çağırılması ilə bağlıdır.

K.Mirzəyevin AİHM göndərdiyi şikayətə görə, 2012-ci ildə onu Göyçay rayon səfərbərlik və hərbi xidmətə çağırış şöbəsi hərbi xidmətə çağırıb. Ancaq dini icma üzvü hərbi xidmətə getməkdən imtina edib.

Buna da bax:​ İslamın Almaniyada ikinci dərəcəli din sayılmasının səbəbi

Ardınca K.Mirzəyevə Cinayət Məcəlləsinin 321.1 (hərbi xidmətdən yayınma) maddəsi ilə cinayət işi başlanılıb. Dini icma üzvü məhkəmənin hökmü ilə 9 ay azaldıqdan məhrum edilib.

Apellyasiya və kassasiya instansiyaları onun şikayətlərini rədd ediblər. Həmin məhkəmələrin qərarlarında Azərbaycanda alternativ hərbi xidmət haqqında qanunvericiliyin mövcud olmadığı vurğulanıb. Buna görə də, K.Mirzəyevin hərbi xidmətdən imtinası cinayət hesab olunub.

K.Mirzəyev yerli məhkəmələrin qərarlarının həm ölkə Konstitusiyasına, həm də Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olduğunu iddia edir. O, şikayətində qeyd edib ki, hərbi xidmətə çağırılması, çağırışdan imtina etməsinə görə həbs olunması Avropa Konvensiyasının 9-cu maddəsində nəzərdə tutulan vicdan azadlığı hüququnu pozub.

Buna da bax: Azərbaycanda din azadlığı vaxtaşırı monitorinq olunmalıdır

Ərizəçinin hüquqlarını Finlandiya, Fransa və Gürcüstandan olan vəkillər - S.H. Brady Heath, A. Carbonneau və J. Wise müdafiə edir.

AİHM şikayətlə bağlı Azərbaycan hökumətinə suallar göndərib.

Hüquqçu ekspertlər sözügedən şikayət üzrə qərarın alternativ hərbi xidmət mexanizmləri yaradılmayan Azərbaycandan ötrü əmsal ola biləcəyini qeyd edirlər.

Azərbaycan Konstitusiyası alternativ xidmət hüququnu tanıyır. Ancaq bundan istifadə etmənin hüquqi mexanizmləri mövcud deyil.

Buna da bax:​ Konstitusiya dini azadlıq verir, qanunlar isə geri alır

Azərbaycan Avropa Şurasına üzv olarkən alternativ hərbi xidmətlə bağlı qanunun qəbul edilməsi haqqında öhdəlik götürüb. Həmin qanun indiyədək qəbul edilməyib.

BMT də bir neçə dəfə Azərbaycan hökumətinə müvafiq qanunun qəbulu ilə bağlı çağırış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG