Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 16:39

Deputatların etika qanunu parlamentə çıxarılır


Bahar Muradova

«Deputatların etik davranış qaydaları ilə bağlı qanun layihəsinin hazırlanması Konstitusiyanın tələbidir. Konstitusiyada deputatın etik davranış qaydalarının qanunla müəyyən edilməli olması göstərilib».

Milli Məclisin bir sıra komitələrinin aprelin 20-də keçirilən birgə iclasında vitse-spiker Bahar Muradova belə deyib.

Toplantıda «Milli Məclis deputatının etik davranış qaydaları haqqında» qanun layihəsi müzakirə edilib.

Belə bir qanunun başqa ölkələrin təcrübəsində də olduğunu söyləyən B.Muradova qanun layihəsinin detalları haqda bilgi verib. Deyib ki, qanun layihəsi deputat statusu olan şəxslərə şamil ediləcək.

«Qanun layihəsinin məqsədi deputatların fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınmasıdır», - o deyib.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

«Milli Məclis deputatının etik davranış qaydaları haqqında» qanun layihəsi deputatların başqa həmkarlarının əvəzinə səs verməsini qadağan edir. Onların üzərinə münaqişələrdən çəkinmək, öz mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməmək kimi vəzifələr qoyur.

Layihəyə əsasən, etik qaydaların pozulmasına görə deputatlıq statusuna xitam verilə bilər.

Bir çox ekspert isə etik məsələlərin qanunla tənzimlənməsinin doğru olmadığını düşünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG