Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:36

Gürcüstanla sərhəd məsələsi müzakirə edilib


Azərbaycan və Gürcüstan bayraqları

Bu gün, aprelin 19-da Bakıda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Buna da bax:​ Gürcüstanın qaz aşiqi – Azərbaycan

Məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfdən də xarici işlər nazirinin müavini David Dondua iştirak edib.

Görüşdə hər iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri və Azərbaycanın əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.

Buna da bax: Avropa Birliyi ilə danışıqlardan nə gözlənir?

Məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi qərara alınıb. Komissiyanın növbəti iclası Tbilisidə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG