Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:10

Gürcüstanın qaz aşiqi – Azərbaycan


İ.Əliyev və M.Saakashvili Batumidə gürcü ailəsinin mənzilinə Azərbaycan qazının verilişi mərasimində. 2008.
İ.Əliyev və M.Saakashvili Batumidə gürcü ailəsinin mənzilinə Azərbaycan qazının verilişi mərasimində. 2008.

««Gazprom»la görüşüb, özünü arada İrana da bəyəndirməyə çalışıb, amma qaz məsələsinə gələndə, Gürcüstanın əsl sevgilisi ambisiyalı cənub qonşusu Azərbaycandır». Eurasianet.org saytında Elizabeth Owen Gürcüstanın ancaq Azərbaycandan qaz almasıyla bağlı bu günlərdə açıqladığı qərarı haqda məqaləsinə bu sözlərlə başlayır.

Gürcüstanın energetika naziri Kakha Kaladze aprelin 12-də deyib ki, ölkəsi bu aydan ancaq Azərbaycandan qaz alacaq.

«VİRTUAL İNHİSARÇI»

Müəllif Azərbaycanın Gürcüstana istehlak etdiyi qazın 90 faizini verdiyini, Rusiyanın «Gazprom» şirkətinin təchizat payının yalnız 10 faiz olduğunu qeyd edir.

«Amma bu azərbaycanpərəst qərarın təsiri özünü gələcəkdə göstərə bilər», – müəllif vurğulayır.

Avropa Birliyinin (AB) dəstəklədiyi «Cənub» dəhlizinin 2020-ci ilədək Azərbaycan qazını hazırda «Gazprom»dan asılı AB-yə çatdıracağı gözlənir. Dəhlizin keçdiyi Gürcüstan da, müəllifin fikrincə, Azərbaycanı dəstəkləməyə çalışır.

Gazprom
Gazprom

Hələ iki il öncə K.Kaladze deyirdi ki, 2018-ci ilədək Azərbaycanın nəhəng «Şahdəniz» layihəsinin ikinci fazası çərçivəsində əlavə qaz ala bilsələr, «Gazprom»dan gözlərini çəkərlər. Amma ötən il sayta müsahibəsində nazir Azərbaycanı Gürcüstanda təchizatı artırmağa gərəkən infrastrukturu olmayan «virtual inhisarçı» adlandırıb. Bu səbəbdən, nazirin deməsinə görə, Tbilisi «Gazprom»dan qaz almağı nəzərdən keçirməli olub.

«HƏR ŞEY YADDAN ÇIXIB»

«Amma indi hər şey yaddan çıxıb. Artıq Azərbaycanın Gürcüstan bazarındakı dominantlığı, yaxud texniki imkanları sarıdan rahatsızlıqdan söz açılmır. Rusiyanın Gürcüstan qaz bazarındakı payı 4 faizə düşəcək ki, bu da Gürcüstan ərazisindən Ermənistana ötürülən Rusiya qazının həcminə bərabərdir», – yazan müəllif diqqəti Rusiyada hökumətyönlü medianın ölkənin bazardakı payının itməsindən əndişəli görünməməsinə çəkir.

Enerji ekspertlərindən biri buna görə «siyasət»i suçlayır. Gürcüstan müxalifəti və digərləri K.Kaladze-ni tənqid edir ki, niyə separatçı Abxaziya və Cənubi Osetiya Rusiya işğalı altındaykən «Gazprom»dan pul almağa razılaşıb. Digər təhlilçilər isə hər şeyi yazla bağlayır. «Qış gəlsin, Gürcüstan Rusiya qazı olmadan soyuqdan donacaq», – «Moskovski Komsomolets» yazıb.

«Ancaq Azərbaycan kimi kəmər dostları varkən, bu, çətin baş verə, Bakı onları xilas edər», – məqalədə deyilir. «Enerjimiz vasitəsilə dostlar qazanmaq istəyirik. Bu, strateji balansla bağlı baxışımızdır», – prezidentin köməkçisi Elman Nəsirov Türkiyənin «TRT World» kanalına belə deyib.

XS
SM
MD
LG