Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 23:57

ANS telekanalının fəaliyyəti əvvəlcə Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı əsasında bir aylıq dayandırılmışdı. Ardınca Şura məhkəməyə müraciət etdi və ANS-in yayım lisenziyası ümumiyyətlə, ləğv olundu.

Baxmayaraq ki, lisenziyanın ləğvi ilə bağlı məsələ artıq Avropa Məhkəməsi müstəvisinə çıxarılıb, "bir aylıq dayandırma" qərarı ilə bağlı ANS-lə Teleradio Şurası arasında məhkəmə çəkişməsi hələ də davam edir. Aprelin 19-da Ali Məhkəmədə ANS-in bu məsələ ilə əlaqədar kassasiya şikayətinə baxılıb.

Buna da bax:​ Mirşahin: ''Donuzdan bir tük də qənimətdir' prinsipi ilə yanaşırlarsa...'

“AVROPA KONVENSİYASININ POZUNTUSUDUR”

ANS-in nümayəndəsi Sevda Məhərrəmova deyib ki, Teleradio Şurasının hansısa telekanalın yayımını özbaşına dayandırmaq səlahiyyəti yox idi. Aşağı instansiya məhkəmələri də bu məsələ ilə əlaqədar qərar çıxararkən qanunları düzgün tətbiq etməyiblər: "Bakı Apellyasiya Məhkəməsinin bu məsələdə gəldiyi nəticə yanlışdır. Ona görə də apellyasiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş edirik".

Fuad Ağayev və Mirşahin Ağayev

Fuad Ağayev və Mirşahin Ağayev

Eyni zamanda, "ANS ÇM" radiosu ilə bağlı da şikayətə baxıldığından ANS-in vəkili Fuad Ağayev çıxışında daha çox radio ilə bağlı məsələyə münasibət bildirib: "ANS telekanalının lisenziyasının ləğvi üçün göstərilən səbəb tamamilə qanunsuz olsa da, heç olmasa, Teleradio Şurası qərarında nə isə yazmışdı. Radio ilə bağlı ümumiyyətlə, heç nə yoxdur ortada. Yazıblar ki, "ANS ÇM" bu qərardan 7-8 ay əvvəl hansısa inzibati xətalara görə cərimələnib. Hərçənd, o pozuntuların özü də şübhəlidir. Belə çıxır ki, "ANS ÇM" eyni xətaya görə yenidən cəzalandırılır. Bu həm də Avropa Konvensiyasının 7-ci maddəsinin pozuntusudur".

Buna da bax: ANS Avropa Məhkəməsinə şikayət edib

Teleradio Şurasının vəkili Toğrul Mirzəzadə ANS-in kassasiya şikayətlərinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin həm telekanal, həm də radio haqda qərarının qüvvədə saxlanılmasını xahiş edib.

Azər Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası şikayətləri təmin etməyib.

XATIRLATMA

Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fethullah Gülen-in müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildə saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.

Buna da bax:​ ANS serial məsələsində də Teleradio Şurasına uduzdu

Teleradio Şurası «ANS-ÇM» radiosunun da lisenziyasını ləğv edib.

ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG