Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:48

“Novaya qazeta” ya içərisində ağ toz olan zərf göndərilib


Foto arxiv

“Novaya qazeta” nun redaksiyasına aprelin 19-da içərisində qeyri-müəyyən ağ toz olan zərf gəlib.

Qəzet rəhbərliyinə Qroznıdan göndərilən zərfin üstündə geriyə ünvan olmayıb.

Bu barədə aprelin 19-da nəşrin rəsmi saytı məlumat yayıb.

Fövqəladə hallar nazirliyi və polis əməkdaşları hazırda redaksiyada iş aparırlar.

“Novaya qazeta” aprelin 1-də Çeçenistanda “gey” olmaqda şübhəli bilinən sakinlərin kütləvi saxlanması və onlara işgəncələr verilməsi barədə məlumat yaymışdı.

Çeçenistan rəhbərliyi bu məlumatı böhtan adalndırmış və aranı qızışdıranlara cavab veriləcəyini vəd eləmişdi.

“Novaya qazeta” həmçinin həmin vaxt jurnalistlərə qarşı birbaşa hədələr olduğunu xəbər vermişdi.

Avropa Şurası aprelin 19-da “Novaya qazeta”nı təhlükə ilə üzləşmiş kütləvi informasiya vasitələri (KİV) siyahısına salıb.

XS
SM
MD
LG