Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:39

Rusiya və Suriya İŞİD-in dağıtdığı antik şəhər haqda film çəkir


Suriyada yerləşən antik Palmira şəhəri.
Suriyada yerləşən antik Palmira şəhəri.

Rusiya və Suriya birlikdə "Palmira" adlı bədii film çəkməyə qərar verib. Bu haqda Rusiya Mədəniyyət Nazirliyi "RİA novosti" xəbər agentliyinə məlumat verib. Xəbərə görə artıq rus kinokompaniyası "Prolayn media" ilə Suriya kinokompaniyası "Shaghaf" filmi müştərək istehsal etməklə bağlı razılığa gəlib müqavilə bağlayıblar.

Filmi çəkmək İvan Bolotnikova tapşırılıb. O deyib ki filmin sınaq çəkilişləri bu bu ilin payızı başlayacaq, ancaq film 2017-ci ilin sonlarında çəkilməyə başlayacaq.

Buna da bax: “İslam Dövləti” qrupu Palmiradakı amfiteatrı dağıtdı

Rejissorun sözlərinə görə layihə təkcə Rusiya və Suriyanın layihəsi deyil, layihədə Livan, Fransa və s. ölkələrdən mütəxəssislər də iştirak edəcəklər.

Filmin sujeti Dağıstandan olan həkimin arvadının azyaşlı qızı ilə birlikdə gizlincə Suriyaya qaçması və orda onların başlarına gələn dəhşətli hadisələr üzərində qurulub. Həkim onu gözləyən şeyləri nəzərə almadan ailəsini xilas etmək üçün Suriyaya yollanır.

Xatırladaq ki, filmdə haqqında bəhs olunan Palmira bir neçə ildir Suriyada gedən vətəndaş müharibəsi ərəfəsində İŞİD yaraqlıları tərəfindən işğal olunmuş və qismən dağıdılmış antik şəhərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG