Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:57

“İslam Dövləti” qrupu Palmiradakı amfiteatrı dağıtdı


Palmyra

“İslam Dövləti” qrupu Suriyanın qədim Palmira şəhərindəki Roma Amfiteatrının fasadı və arxitektura kompleksini dağıdıb.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Suriyanın Dövlət televiziyası teatrın fsadının tamamilə dağıdıldığını xəbər verir.

İnsan haqları üzrə Suriya monitorinq mərkəzi islamçıların son günlər bu ərazidə edamlar həyata keçirdiklərini, təkcə çərşənbə günü 12 nəfərin edam olunduğunu xəbər verir.

“İslam Dövləti” qrupu Palmiranı 2015-ci ildə zəbt etmiş və şəhəri 9 ay əlində saxlamışdı.

Palmyra, Suria, 07.04. 2016
Palmyra, Suria, 07.04. 2016

Şəhər 2016-cı ilin mayında Rusiya qüvvələrinin dəstəyi ilə Suriya hökumət qüvvələrinin nəzarətinə qaytarılsa da dekabrın 10-da yenidən islamçıların əlinə keçib.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Rusiya bu müharibədə prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə Suriya rejiminə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

XS
SM
MD
LG