Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:58

ABŞ-ın Əfqanıstana atdığı bomba nəticəsində azı 94 nəfər ölüb


GBU-34 / B bombası

Əfqanıstan rəsmiləri aprelin 13-də ABŞ-ın Ninqarxar əyalətində “İslam dövləti” qrupunun mövqeinə atdığı bomba nəticəsində ölınlərin 94 nəfərə çatdığını deyirlər.

Bu barədə AzadlıqRadiosu DPA, Accosiated-Press və digər informasiya mənbələrinə istinadla xəbər verir.

Əyalətin qubernatoru Məhəmməd İsmayıl Şinvarinin ( Muhammad Ismail Shinwari) aprelin 15-də verdiyi məlumata görə, ölənlərdən 4-ü komandirlərdir və dinc sakinlər arasında itki olmayıb.

Bu ən böyük qeyri-nüvə bombasına "Bütün bombaların anası" da deyirlər.

Onun sözlərinə görə həmin ərqazidə yaşayan sakinlər Əfqanıstan hərbçiləri tərəfindən evakuasiya edilibmiş.

Əfqanstanın müdafiə nazirliyi bir gün əvvəl- aprelin 14-də 36 yaraqlının öldüyünü bildirmişdi.

Bombanın atıldığı Açin rayonunda komandanlıq mərkəzi və silah anbarı kimi istifadə edilən yeraltı tunel kompleksi var.

Bu ərazi quru hücumlarından müadfiə olunmaq üçün minalanıbmış.

Shinvari-nin sözçüsü Ataullah Khogyani hazırda həmin ərazdə minalardan təmizləmə əməliyyatı aparıldığını bildirir.

Ölkə prezidenti Ashraf Ghani ABŞ-ın bu addımını dəstəkləyib və əməliyyatın Əfqanıstan hökuməti ilə kordinasiya edildiyini deyib.

O bildirib ki, bu əməliyyat regionda minaların zərərsizləşdirilməsi ilə məşğul olan Əfqanıstan və ABŞ qüvvələrinə dəstək məqsədilə keçirilib.

Keçmiş prezident Həmid Karzai isə bu hərəkəti pisləyib və özünün Tvitter səhifəsində yazıb ki, bu terrorçuluqla mübarizə yox, yeni və təhlükəli silah üçün Əfqanıstan ərazisindən poliqon kimi istifadə etməkdir.

Buna da bax:"ABŞ Əfqanıstana ən böyük qeyri-nüvə bombasını atıb" (VİDEO)

Günün bütün mövzuları

XS
SM
MD
LG