Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 19:47

Azərbaycanda ən çox “Mercedes” alırlar


Foto arxivf

2016-cı ildə “Mercedes ” Azərbaycanda minik avtomobilləri arasında liderliyi qoruyub. O, “Hyundai”ı 13 ədəd qabaqlayıb.

Azərbaycanda “Mercedes” avtomobillərinin sayı il ərzində 681 ədəd artaraq 193 366-ya çatıb.

Dövlət Statistika Komitəsinin bilgilərində belə yazılır.

“Mercedes”lərin dövlət və özəl sektorlarda payı 17 faizdir.

Rusiya istehsalı avtomobillər nəzərə alınmasa, ardınca “Hyundai” (62 145) və “Toyota” (47 282) gəlir.

2016-cı ildə Azərbaycanda KIA-ların sayı da 457 ədəd artaraq bu ilin əvvəlində 32,2 min olub. Amma Nissan (32 674 ədəd) ,hələlik, populyarlığına görə KIA-nı qabaqlayır.

Ötən il 300 Lexus, 133 Volkswagen, 163 Land Rover, 63 Porsche və 20 Infiniti avtomobili alınıb.

Ümumən, 1 yanvar 2017-ci ildə Azərbaycanda 1 milyon 137 min ədəd minik avtomobili olub. Bu, ötən ilin əvvəlindəkindən 7387 ədəd çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG