Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:09

Xarici ticarətdə artım - yenə neftin hesabına


İdxal-ixrac (illüstrasiya)

2017-cı ilin birinci rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 4 milyard 119 mln. dollar təşkil edib. Bu göstərici 2016-cı ilin eyni dövründən 15,3 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatında belə deyilir.

İxracın artımı (49,2 faiz) və idxalda azalma (17,2 faiz) hesabına xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,1 milyard dollara çatıb.

Buna da bax:​ 'Banklar vətəndaşların və turistlərin cibinə girir'

2016-cı ilin eyni dövründə isə saldo mənfi (78,3 milyon dollar) idi.

Yanvar-mart aylarında 2,6 milyard məbləğində mal ixrac edilib. Bunun 11 faizi ($265 mln.) qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə ixracatda 18,3 mln. dollar artım olub.

Ekspertlər hesab edir ki, ixracatdakı artım neftin bahalaşması ilə bağlıdır. İdxala gəlincə, investisiya xarakterli malların satınalması 320 milyon dollar azalıb. İdxalın azalması ölkədə iqtisadi fəallığın düşməsi ilə izah edilir.

Buna da bax: Azərbaycanın xarici bazarda itirdiyi mövqələri kimlər tutur

Ərzaq idxalı isə əksinə, 50 milyon dollar artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG