Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:11

“Bavariya”-“Real” görüşü ərəfəsində təhlükəsizlik tədbrləri gücləndirilib


Foto arxiv

Münhen polisi “Bavariya”-“Real” görüşü ərəfəsində şəhərdə təhlükəsizlik tədbrlərini gücləndirib.

Bu barədə aprelin 12-də Reuters agentliyi məlumat yayıb.

Görüş futbol üzrə Avropa Çempionlar Liqası çərçivəsində keçirilir.

Münhen polisinin nümayəndəsi Tomas Baumann deyir ki, təhlükəsizlik qüvvələrinin sayı 370-dən 450-ə qaldırılsa da azarkeşlər Allianz Arena stadionu və onun ətrafında demək olar ki, heçnə hiss eləmirlər.

“Dortmundda baş verən hadisə, sözsüz bizi qonaq komandanın təhlükəsizliyinin təmin edilməsi qaydalarına yenidən baxmağa məcbur elədi. Bu kontekstdə Madrid klubunun qaldığı hotelə əlavə təhlükəsizlik qüvvələri göndərilib”, Baumann deyib.

Buna da bax: Almaniya polisi Dortmundda “Borussiya” futbol klubunun avtobusuna hücumda şübhəli bilinən 1 nəfəri saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG