Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:37

“Borussiya” klubunun avtobusuna hücumda şübhəli bilinən saxlanıb


Almaniya polisi Dortmundda “Borussiya” futbol klubunun avtobusuna hücumda şübhəli bilinən 1 nəfəri saxlayıb.

Bu barədə AzadlıqRadiosu Reuters və digər Qərb agentliklərinə istinadla məlumat yayıb.

Polis onun islamçılarla əlbir olması barədə məlumat olduğunu bildirir.

Aprelin 11-i axşam saatlarında avtobusun ətrafında 3 əldədüzəltmə bomba partladılıb.

Nəticədə klubun ispaniyalı müdafiəçisi Mark Bartra yaralanıb, onu əməliyyat ediblər. Həmçinin 1 polisin yaralandığı bildirilir.

Almaniya prokurorluğu bunun terror aktı olduğunu bildirib.

Bu terror aktına görə çempionlar liqası çərçivəsində nəzərdə tutulan “Borussiya”-“Monako” görüşü aprelin 12-nə keçirilib.

Buna da bax: Borussia komandasının avtobusu yaxınlığında üç partlayış olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG