Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:48

Borussia komandasının avtobusu yaxınlığında üç partlayış olub


 Borussia Dortmund komandasının avtobusu partayışlardan sonra
Borussia Dortmund komandasının avtobusu partayışlardan sonra

Burussia Dortmund futbol klubunun rəhbəri Hans-Joachim Watzke polisdən aldığı məlumata əsasən deyib ki, komandanı oteldən stadiona aparan avtobusun yaxınlığında partladılmış əldəqayırma bombalar mobil telefonla işə salınıb.

Üç bomba yolun kənarında gizlədilmişdi.

Polis bildirib ki, hazırda hadisə ilə bağlı xarici nömrə nişanı olan avtomobil axtarışdadaır.

Almaniya prokurorluğu bildirib ki, otelin yaxınlığından məktub da tapılıb. Məktubun təfərrüatları açıqlanmayıb.

Müstəntiqlər ehtimal edirlər ki, bombaların yerinin seçilməsində dronlardan istifadə oluna bilərdi.

The Daily Mail” qəzeti polisə istinadən yazır ki, bombaların hədəfi komanda olub.

Bundan əvvəl Almaniyanın Borussia Dormund futbol komandasını daşıyan avtobusun yaxınlığında üç partlayışın baş verdiyi bildirilmişdi.

Komanda Çempionlar Liqası çərçivəsində Dortmund stadionunda Monako futbolçuları ilə qarşılaşmalı idi.

Partlayışlar avtobus komandanın qaldığı mehmanxanadan bir qədər uzaqlaşdıqdan sonra baş verib.

Oyunçulardan Marc Bartra xəsarət alıb və xəstəxanaya aparılıb.

Komandanın almanca yazdığı tvitdə qalan oyunçuların salamat olduğu, stadion və onun ətrafında heç bir təhlükənin olmadığı qeyd olunur.

Oyun təxirə salınıb və çərşənbə gününə keçirilib.

Hadisə yerində çəkilmiş fotolarda avvtobusun şüşələrinin sındığı görünür.

Partlayışların necə törədildiyi barədə təfərrüatlar verilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG