Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 22:42

Bu gün, aprelin 12-də Bakı Apellyasiya Məhkəməsi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı torpaq sahəsi əlindən alınan mərhum Əli Soltanovun işi üzrə “Azərsu” ASC-nin şikayətinə baxıb.

Mərhum Əli Soltanov qurumdan kompensasiya tələb edirdi.

Məhkəmənin gedişi ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat yayıb.

Onun bildirdiyinə görə, məhkəmə “Azərsu” ASC-nin şikayətini təmin etməyib.

Buna da bax:​ Torpağı alınan mülkiyyətçi kompensasiya almadan ölüb

Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyası Yasamal rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Həmin qərar isə “Azərsu” ASC-dən Ə.Soltanovun xeyrinə mülkiyyətlə bağlı 43 min manat kompensasiyanın tutulmasını nəzərdə tutur.

Bu su kəmərinin tikintisi zamanı Oğuz və Qəbələ rayonlarından 3 min 250 mülkiyyətçinin torpaq sahəsi dövlət ehtiyacları əsası ilə onlardan alınıb.

Ancaq bəzi mülkiyyətçilərə buna görə, təzminat, hələ də verilməyib.

Qəbələ rayonu sakini olan Ə.Sultanovun işi üzrə məhkəmə prosesi 6 il idi ki, davam edirdi. Ona məxsus 36 sot torpaq sahəsi su kəmərinin altına düşüb. Həmin sahə dövlət ehtiyaclarından ötrü alınmış, kompensasiya ödənilməmişdi.

Buna da bax: Qovlar sakini: '6 aydır su maşını suyu nisyə gətirir'

Mülkiyyətçi 2006-cı ildən bu torpaqlara görə, kompensasiyanın ödənilməsi ilə bağlı “Azərsu” ASC-yə müraciətlər etsə də, heç bir nəticəsi olmamışdı. 2011-ci ildə isə məhkəməyə müraciət etmişdi.

2016-cı ildə Yasamal rayon Məhkəməsi “Azərsu” ASC-nin Ə.Soltanova 43000 manat verməsi barədə qərar çıxarıb. “Azərsu” ASC yenə də kompensasiyanı ödəməyib, apellyasiya şikayəti vermişdi.

Ə.Sultanov isə 2017-ci ilin fevralında kompensasiya almadan vəfat edib…

Buna da bax:​ 445 min mənzildə niyə hələ də su sayğacı yoxdur?

Xatırlatma

2006-cı ildə prezident İlham Əliyevin sərəncamına əsasən, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməyə başlanıb.

Kəmər 2010-cu ildə istismara verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG