Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:10

"Çölçü" filmi Hindistanda ən yaxşı film seçilib


"Çölçü" filminin posteri.
"Çölçü" filminin posteri.

Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Hindistanda keçirilən Kəlküttə Beynəlxalq Film Festivalının “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

Bu barədə AZƏRTAC-a rejissor özü məlumat verib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirovİbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Buna da bax: İki Oskar komitəsi olan Azərbaycandan heç kim Oskara film göndərmək istəmir

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...

Qeyd edək ki, “Çölçü” bədii filmi beş qitəni əhatə edərək 32 beynəlxalq kino festivallarında iştirak edib, bir sıra mükafatlara layiq görülüb. Bu festivallar A və B kateqoriyalı festivallardır. Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, Serbiya, Rusiya, Çexiya, Misir, İndoneziya, Hindistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Banqladeş, Ukrayna, Estoniya daxildir.

Buna da bax: «Kino neft-zad deyil ki, qazaq ... çıxsın»

“Çölçü” filmi 4 dəfə ən yaxşı film kimi baş mükafatlara, 3 dəfə ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenari, ən yaxşı qadın oyunçu, yaradıcılıq axtarışlarına görə, jürinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG