Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 05:59

AB İrana insan haqlarına görə sanksiyaları uzatdı


AB

Aprelin 11-də Avropa Birliyi İrana «ciddi insan haqları pozuntuları»na görə sanksiyaların müddətini gələn ilin aprelinədək uzadıb. Bu barədə «Reuters» yazır.

Amma bu sanksiyalar birliyin Tehranla nüvə razılaşması əldə olunandan sonra qaldırdığı qadağalara baxanda, daha məhdud tədbir sayılır.

2015-ci ildə imzalanmış nüvə razılaşmasından sonra AB İranla yaxınlaşır. AB-nin yüksəkrütbəli rəsmiləri Tehrana səfərlər edib.

Son sanksiyalar 82 iranlıya və bir şirkətə aiddir, onlara səyahət qadağası qoyulub, sərvətləri dondurulub. Eləcə də İrana monitorinq telekommunikasiya avadanlığının, daxili repressiyadan ötrü istifadə oluna biləcək digər ləvazimatların ixracı yasaqlanır.

AB-nin İranla əməkdaşlıq cəhdləri ABŞ-da Donald Trump prezident seçiləndən çətinləşib. Trump sələfi Barack Obama-ya nisbətən İranla bağlı daha sərt mövqe tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG