Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:11

F.Mustafa: 'Qazın, elektrikin qiymətinin qalxması...'


Fazil Mustafa

«Kənd təsərrüfatı sahəsində istehsalçı qiymətlərinin artması müəyyən mənada gözlənilən idi».

Bunu AzadlıqRadiosuna deputat Fazil Mustafa bildirib.

Deputat hesab edir ki, keçən il müəssisələrə satılan qazın, elektrikin qiymətinin qalxması istehsalat sahəsinə də təsir göstərib: «Bundan əlavə, gübrənin, yemlərin xaricdən alınması dollar-manat nisbətində öz təsirini göstərir. Təbii, bunlar da istehsal qiymətinin bahalaşmasına təsir edir».

Deputat deyir ki, dövlətdən subsidiyalar almaqla və istehsalı stimullaşdırmaqla qiymət artımını durdurmaq olar.

Dövlət Statistika Komitəsinin yeni açıqlanan məlumatına görə, bu ilin birinci rübündə ötən ilin analoji dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10 faizdən çox bahalaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG