Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:26

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 116 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Qızılhacılı, Kəmərli, Berd rayonundan da Tovuz rayonunun Əlibəyli Ağdam, Muncuqlu, Koxanəbi və Ağbulaq kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan da Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, işğal altında olan Ağdam rayonunun Sarıcalı, Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli kəndləri yaxınlığında, Goranboy, və Tərtər rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrimizin mövqeləri hədəf seçilib

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG