Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 07:40

Gürcüstan ancaq Azərbaycan qazı almağı planlaşdırır


Gürcüstanın energetika naziri Kakha Kaladze

Gürcüstan qaza olan bütün tələbatını Azərbaycanın hesabına ödəmək niyyətindədir.

“Turan” Agentliyinin xəbərinə görə, bunu Gürcüstanın energetika naziri Kakha Kaladze (Kaxa Kaladze) deyib.

O, Rusiyanın "Qazprom" və digər şirkətlərindən qaz alışı ilə bağlı perspektivlərin olmadığını ifadə edib.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi' QSC-dən növbəti 1 milyardlıq avrobond

"2017-ci ilin sonunadək qaz alışı ilə bağlı hansısa Rusiya şirkəti ilə yeni müqavilə imzalamağı düşünmürük", nazir bildirib.

Ötən il Gürcüstan Azərbaycandan neft nəqlini artırıb.

Gürcüstanın Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alması ilə bağlı razılıq əldə edilib.

SOCAR prezidenti R. Abdullayev 2016-cı ildə Gürcüstanda səfərdə olarkən gələcəkdə bu ölkəyə qazın nəqlinin artırılmasını istisna etməmişdi:

Buna da bax: SOCAR IT sahəsinə girişir

“Azərbaycan Gürcüstana çox böyük güzəştlər edib. "Şahdəniz 2" layihəsi 2018-2019-cu illərdə başa çatdıqdan sonra Gürcüstan daha çox həcmdə mavi yanacaq ala biləcək”, - deyə o qeyd edirdi.

İndilikdə isə ekspertlər bunu mümkün saymır.

Günün bütün mövzuları

XS
SM
MD
LG