Aprelin 11-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7029 səviyyəsində formalaşıb.
Mərkəzi Bankın bu gün, aprelin 11-ə olan məzənnəsinə görə, 1 ABŞ dolları 1.7031 manata bərabərdir.
Bundan öncə, aprelin 6-da keçirilən hərracda da manat dollara nisbətən yenə möhkəmlənmişdi.
Bəzi iqtisadçılar hesab edirlər ki, əslində, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada müəyyən edilir. Onların fikrincə, Azərbaycanda manatın möhkəmlənməsinin iqtisadi əsasları yoxdur.