Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:02

İrana 'Boeing'lər gələn ay göndəriləcək


Boeing-777

İranın rəsmi IRNA xəbər agentliyi bildirir ki, ABŞ-ın «Boeing» təyyarə istehsalçısı gələn ay İrana iki «Boeing-777» sərnişin təyyarəsi göndərəcək. Qərb sanksiyaları qaldırılandan bu, ABŞ-ın İranla ilk biznes sövdələşmələrindəndir.

IRNA aprelin 9-da bilgili mənbəyə istinadla yazıb ki, təyyarələr «Iran Air» hava şirkətinə çatdırılacaq. Təyyarələri ilkin olaraq «Turkish Airways» sifariş edib. Sonra sifariş ləğv olunub və təyyarələr İrana satılıb.

«Boeing» ötən il «Iran Air»in 80 təyyarə sifariş etdiyini bildirib. Bu sövdələşmənin ümumi dəyəri 16 milyard dollardır.

Amma İran hökuməti bildirdi ki, bu qiymətin yarısını ödəyəcək, çünki «Boeing» alış seçimini azaldıb. «Boeing» bu məsələni şərh etmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG