Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:31

Bank rəhbərlərinin əmlakı müsadirə edilə, satıla biləcək


Bağlanan banklardan biri, "Zaminbank". 20sen2016

Bu gün, aprelin 7-də parlamentin plenar iclasında “Banklar haqqında” qanuna dəyişikliklər qəbul olunub.

APA-nın xəbərinə görə, qanun layihəsini parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib.

Dəyişikliklər bankın öhdəliklərinin könüllü restrukturizasiyasını (Kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi-AR) nəzərdə tutur.

Buna da bax:​ Maliyyə nazirliyi Beynəlxalq bankın bütün səhmlərini alıb

Bank könüllü olaraq öz öhdəliklərinin restrukturizasiyasından ötrü məhkəməyə müraciət edə bilər və məhkəmə 10 təqvim günü ərzində bu müraciətə baxmalıdır.

Bundan başqa, qanuna “körpü banklar” anlayışı tətbiq edilir. Bankların problemləri olduqda “körpü banklar” yaradıla bilər. Bir müddət keçdikdən sonra satışa çıxarılacaq problemli bankın sağlam aktivləri və öhdəlikləri müvəqqəti olaraq onlara veriləcək.

Qanun layihəsində problemli bankların könüllü restrukturizasiyası mümkün olmadıqda maliyyə bazarlarına nəzarət edən orqanın səhmdarların və qərar qəbul edənlərin depozitlərini məcburi olaraq bankın səhmlərinə keçirməyi nəzərdə tutur. Üstəlik, bura vəsait cəlb etmək məqsədi ilə bankın səhmlərinin bir hissəsini satmaq hüququ əldə etmək də daxildir.

Buna da bax:​ Məhkəmələrdə kreditlərə görə 280 min iş var

Dəyişikliklərə əsasən, bankların rəhbərləri və onun problemlərinə görə məsuliyyət daşıyan səhmdarları dəyən ziyanı öz əmlakları ilə ödəməlidirlər. Yəni bildirildiyinə görə, belə bankların səhmdarlarının və rəhbərlərinin əmlakı müsadirə ediləcək və satılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG