Aprelin 6-sı Xəzərdə tapılmış kişi meyitinin itkin neftçi Azay Zülfüqarov olduğu dəqiqləşib.
Bu haqda itkin düşən neftçilərin axtarışı ilə bağlı yaradılmış Qərargahın məlumatında bildirilir.
Meyitin müayinəsi nəticəsində onun itkin düşən neftçi - N.Nərimanov adına Neft-Qaz Çıxarma idarəsinin operatoru olmuş Azay Zülfüqarov olduğu təsdiqlənib.
Buna da bax: Həlak olan neftçilərin ailəsi hökumətdən kömək umur
Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunub və A.Zülfüqarovun ailəsinə təhvil verilib.
A.Quliyevin qardaşı Güloğlan Zülfüqarov da 2016-cı il dekabrın 15-də baş vermiş qəzada itkin düşmüşdü.
Güloğlan Zülfüqarovun meyiti martın 20-si tapılıb. Müayinədən sonra, martın 22-si ailəsinə təhvil verilib.
Buna da bax: Xəzər yavaş-yavaş neftçilər məzarlığına çevrilir [video]
Xatırlatma
2016-cı il dekabrın 15-i səhər saatlarında güclü külək nəticəsində N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının dənizə düşməsi nəticəsində 10 neftçi itkin düşüb.
Həmin gün bir, daha sonra isə 4 neftçinin meyiti tapılaraq ailəsinə təhvil verilib.
Qalan neftçilər, hələ də rəsmən itkin sayılır.