Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:17

Avropa Məhkəməsində daha 60 qərar gözlənir


AİHM

«Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan göndərilən şikayətlərdən 60-a yaxını ilə bağlı qərar gözlənilir. Bundan başqa, bir çox şikayətlər də kommunikasiya mərhələsindədir».

Bunu AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev bildirib.

Onun deməsinə görə şikayətlər müxtəlifdir: «Hər ay isə Avropa İnsan Hüquqları Məhkəməsinə, ən azı, 2-3 yeni şikayət göndərilir».

Ə.Mustafayevin deməsinə görə, bu işlərin çoxu işgəncə və qanunsuz həbslərlə bağlıdır. Aralarında mülkiyyət hüququnun pozulmasına dair şikayətlər də yer alır.

Ümumilikdə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin artdığı bildirilir.

Ötən il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 333 şikayət daxil olub. Əvvəlki ildə isə bu göstərici 268 olub.

Elə dünən, aprelin 6-da bu məhkəmə Azərbaycandan gələn 11 şikayətlə bağlı qərar verib. Azərbaycan hökuməti ümumilikdə 82 min avroya yaxın cərimələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG