Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:53

ABŞ-ın hava zərbəsindən 4 əsgər ölüb


Şayrat bazası.

ABŞ-ın Suriyanın Homs şəhəri yaxınlığındakı hava bazasına endirdiyi zərbədən 4 hərbçi həlak olub, baza, demək olar ki, tamamilə dağılıb. Birləşmiş Ştatlar zərbəni kimyəvi olduğu deyilən hücuma cavab olaraq endirib.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı bildirir ki, ölən hərbçilər arasında bir zabit də var.

Təşkilat bu barədə Suriya ordusundan məlumat ala bilməyib.

ABŞ ordusu zərbəni aprelin 7-nə keçən gecə endirməyə başlayıb, Homs yaxınlığındakı Şayrat bazasına «Tomahawk» raketləri atıb.

Pentaqon həmin bazada kimyəvi silahların və Suriya təyyarələrinin saxlandığını bildirir.

Pentaqon sözçüsü Jeff Davis zərbənin bir neçə dəqiqə çəkdiyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG