Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 21:33

Xəzərdə meyiti tapılan kişinin neftçi olduğu güman edilir


İtkin neftçi meyiti (arxiv fotosu).

Bu gün, aprelin 6-sı Xəzərdə tapılmış kişi meyitinin itkin neftçi Azay Zülfüqarov olduğu güman edilir.

Bu haqda Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

“Yaxınlarının verdiyi məlumata görə, meyit Azay Zülfüqarova məxsusdur. O, ötən ilin dekabrında Nərimanov adına Neft və Qazçıxarma İdarəsindəki qəza nəticəsində itkin düşmüşdü”, hüquq müdafiəçisi bildirib.

Buna da bax:​ 300 neftçinin təxliyə edildiyi deyilir, amma bu hamısı deyil...

Xəzərdə itkin düşən neftçilərin axtarışı ilə bağlı yaradılmış Qərargah isə, hələ ki, tapılmış meyitin kimliyi ilə bağlı hər hansı açıqlama verməyib.

A.Quliyevin qardaşı Güloğlan Zülfüqarov da 2016-cı il dekabrın 15-də baş vermiş qəzada itkin düşmüşdü.

Güloğlan Zülfüqarovun meyiti martın 20-si tapılıb. Müayinədən sonra, martın 22-si ailəsinə təhvil verilib.

Mart ayında Zülfüqarovların ailəsi AzadlıqRadiosu-na açıqlamalarında hökumətin yardımına ehtiyaclarının olduğunu bildirmişdilər.

Buna da bax:​ Həlak olan neftçilərin ailəsi hökumətdən kömək umur

Xatırlatma

2016-cı il dekabrın 15-i səhər saatlarında güclü külək nəticəsində N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının dənizə düşməsi nəticəsində 10 neftçi itkin düşüb.

Həmin gün bir, daha sonra isə 4 neftçinin meyiti tapılaraq ailəsinə təhvil verilib.

Qalan neftçilər, hələ də rəsmən itkin sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG