Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 21:49

300 neftçinin təxliyə edildiyi deyilir, amma bu hamısı deyil...


Mirvari Qəhrəmanlı

“Martın 31-də gözlənilən qasırğa ilə əlaqədar 300 neftçi təxliyə edilib”.

Bunu AzadlıqRadiosu-na Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, bunlar “Neft Daşları”, “Abşeronneft” və N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin işçiləridir.

M.Qəhrəmanlı deyib ki, “28 May”, “Bahar”, “Günəşli” platformalarından təxliyə edilən olmayıb, həmin platformalarda işləyən fəhlələrin ailələri çox narahatdırlar.

Buna da bax:​ SOCAR qasırğa hazırlığına başlayıb

“Xüsusilə, 2015-ci ilin dekabrında çoxsaylı insan itkisi baş vermiş “Günəşli” yatağının 10 saylı platformasında çalışan neftçilərin ailələri narahatlıq keçirirlər. Onların sözlərinə görə, bu platformada 2015-ci ildə baş verən faciədən sonra təmir işlərinin getdiyi bildirilsə də tam başa çatmayıb. İnsanların həyatına təhlükə qalmaqdadır”, - o bildirib.

Komitə sədri qeyd edib ki, Qum adasında “Bahar Enerji Əməliyyat Şirkəti”ndən təxliyə haqda informasiya yoxdur.

Milli Hidrometeorologiya Departamenti martın 31-nə güclü şimal-qərb küləyi və qasırğanın gözlənilməsi barədə açıqlama yayıb.

Buna da bax:​ SOCAR: 'Lazımi tədbirlər görülüb'

SOCAR mətbuat xidmətindən isə martın 30-u günün birinci hissəsi AzadlıqRadiosu-na bildirilmişdi ki, güclü külək olacağı barədə məlumat ölkənin neft sənayesinin rəhbər heyətinə məlumdur və bununla bağlı lazımi tədbirlər görülür.

Xatırlatma

2015-ci il dekabrın 5-də 10 saylı platformada qasırğa yanğına səbəb olub və 32 nəfər həyatını itirib. 2016-cı il dekabrın 15-də isə N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində qasırğa estakadanın bir hissəsini üzərindəki budkada 10 neftçi ilə birlikdə dənizə uçurub. Bu ilin mart ayında isə “Bahar Enerji Əməliyyat Şirkəti”nə aid quyularda təmir aparan neftçilərdən biri həlak olub, iksi isə ağır xəsarət alıb.

Buna da bax:​ Xəzər yavaş-yavaş neftçilər məzarlığına çevrilir [video]

Bəzi ekspertlər hesab edirlər ki, bu faciələrin baş verməsinə əsas səbəb neft sənayesinə rəhbərlik edən şəxslərin qabaqlayıcı tədbirlər görməməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG