Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 16:11

Francois Fillon:"Merkelə də demişəm ki, Rusiyaya qarşı sanksiyalar qaldırılmalıdır"


Francois Fillon

Fransa prezidentliyinə namizəd Francois Fillon prezident seçiləcəyi halda Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çalışacağını deyib.

TASS-ın məlumatına görə, o bunu aprelin 6-da France İnter radiosuna müsahibəsində deyib.

“Mən Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları götürmək üçün əlimdən gələni edəcəm.Mən bunu artıq Almaniya kansleri Merkelə də demişəm.Hesab edirəm ki, bu sanksiyaların , bizim kənt təsərrüfatını məhv etməkdən başqa heç bir nəticəsi olmayacaq” deyə o, bildirib.

Fillon qeyd edib ki, Rusiyanın öz mövqeini dəyişməsi üçün mən başqa üsuldan istifadə edərdim.

Qeyd edək ki, “Respublikaçılar” partiyasından prezidentliyə namizəd Fillon rusiyapərəst mövqei ilə tanınır.
Amma ətrafında qopan korrupsiya qalmaqalına görə son vaxtlar nüfuzu xeyli zəifləyib.

Buna da bax. Prezidentliyə namizədin arvadı istintaq altında.

XS
SM
MD
LG