Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:56

Prezidentliyə namizədin arvadı istintaq altında


Francois Fillon

Fransada prezidentliyə namizəd Francois Fillon-un həyat yoldaşına qarşı dövlət vəsaitlərindən sui-istifadə ittihamıyla rəsmi istintaq aparılır.

İki həftə öncə Fillon-un özünə qarşı təhqiqat başlanıb. Onun arvadı Penelope və övladlarına görmədikləri işə görə yüz minlərlə avro dövlət vəsaitini maaş kimi ödədiyi bildirilir.

Penelope Fillon dövlət vəsaitindən sui-istifadədə əlbir olmaqda və bir sıra başqa cinayətlərdə şübhəli bilinir.

Keçmiş baş nazir Fillon ittihamları rədd edir. İlk dəfədir ki, Fransada prezidentliyə namizədə qarşı istintaq gedir. O, bu yaxınlaradək seçki kampaniyasının favoriti idi. İndi isə ifrat sağçı Milli Cəbhə lideri Marine Le Pen və mərkəzçi Emmanuel Macron-dan geri qalır.

Fransada seçkinin ilkin raundu aprelin 23-də, həlledici raund isə mayın 7-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG